Çində Qırğızıstan və Qazaxıstanla sərhəddə yeddi bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Çinin Aksu bölgəsindən 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.
Qazaxıstanda isə 6,7 bal gücündə yeraltı təkanlar hiss olunub. Bu barədə Qazaxıstan Seysmologiya İnstitutu məlumat yayıb.
Dağıntı və itki barədə məlumat yoxdur.
Mənbə: TASS
Rəylər