Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Çində zəlzələ nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB + VİDEO
Bazar ertəsi Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 46 nəfər həlak olub.
Bu barədə Çin Xalq Respublikasının Mərkəzi Televiziyası məlumat yayıb. 29 qurbanın cəsədi Qardze-Tibet Muxtar Vilayətində, 17 nəfərin isə Yaan şəhər dairəsində aşkar edilib.
50-dən çox insan yaralanıb, daha 16 nəfər itkin düşüb. Ümumilikdə, qeyd olunan ərazilərdə 50 mindən çox insan müvəqqəti olaraq köçürülüb.
16:42
Çinin cənub-qərbində 6,8 bal gücündə zəlzələ nəticəsində 21 nəfər həlak olub.
Məlumata görə, 30-dan çox insan yaralanıb.
Yeraltı təkanların baş verdiyi ərazidə yollar, elektrik xətləri və kommunikasiya infrastrukturu zədələnib.
Yaralılar xəstəxanaya yerləşdirilib. Xilasedicilər dağıntılar altında olan insanların axtarışlarını davam etdirirlər.
12:45
Çinin Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.
Ludin bölgəsində baş verən zəlzələnin dərinliyi 10 kilometr olub.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Sıçuan zəlzələ zonası kimi tanınır. İyun ayında baş verən iki zəlzələdə azı dörd nəfər ölüb.
Çində son illərdə ən ölümcül zəlzələ 2008-ci ildə 7,9 bal gücündə Sıçuanda baş verib və 90 minə yaxın insanın ölümünə səbəb olub.
Mənbə: Xinhua