Çinin Sanya şəhərindəki çimərlikdə kişi avtomobilindəki cızıq səbəbindən bir neçə nəfəri bıçaqlayıb.
Oxu.Az bu barədə "Readovka"ya istinadən xəbər verir.
Avtomobil 2023-cü ildə cızılıb. Maşının sahibi hadisədən iki il sonra təsadüfən bu əməli törədənlərlə qarşılaşıb və qisas almaq qərarına gəlib.
O, çimərlikdə dincələn şəxslərə bıçaqla hücum edib və üç nəfəri ölümcül yaralayıb.