Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

COP29: Baykal diyarının evenkləri öz problemlərini beynəlxalq səviyyədə bəyan etdilər
"Rusiyanın Baykal diyarında maral yetişdirilməsi, ovçuluq və balıqçılıqla məşğul olan evenklərin ənənəvi həyat tərzi qlobal istiləşmə səbəbindən təhlükə altındadır".
Bu barədə Oxu.Az-a açıqlamasında Baykalın "Şimalın azsaylı xalqlarının assosiasiyası" regional ictimai təşkilatının prezidenti Viktoriya Darmayeva bildirib.
O, Baykalın sayına görə ikinci yerli əhalisi olan və Rusiyanın Sibirdən Saxalinədək 11 regionunda yaşayan evenklərin üzləşdiyi problemlərdən danışıb.
Darmayeva qeyd edib ki, maral yetişdirilməsi, ovçuluq və balıqçılıqla məşğul olan evenklərin ənənəvi həyat tərzi qlobal istiləşmə səbəbindən təhlükə altındadır.
"Bölgəmiz üçün tipik olmayan heyvanlar və quşlar ortaya çıxır. Maral yetişdirənlərin başqa bir problemi var: istiləşmə ilə əlaqədar marallar gec balalayır, gec doğulan maral balaları isə ölür", - deyə Viktoriya Darmayeva qeyd edib.
Onun sözlərinə görə, ovçular da iqlim dəyişikliyindən əziyyət çəkirlər.
"Payızın isti olması səbəbindən samur dəriləri keyfiyyətli deyil, yəni artıq təhvil verilə biləcək səviyyədə deyil. Bu da yerli xalqlara təsir edir", - deyə o əlavə edib.
Bu il Baykal diyarında baş verən meşə yanğınları da ovçuluq sahələrinə ciddi ziyan vurub, bir çox ailələr dolanışıqsız qalıb.
Viktoriya Darmayeva Bakıda keçirilən COP29 kimi beynəlxalq tədbirlərdə yerli xalqların iştirakının və burada iqlim dəyişikliyi ilə bağlı problemlərini səsləndirə bilmələrinin vacibliyini vurğulayıb.
Darmayevanın sözlərinə görə, Şimalın azsaylı xalqlarının Assosiasiyası dövlət orqanları ilə fəal qarşılıqlı əlaqədədir və onlar yerli xalqlarla çox yaxşı ünsiyyət qururlar, ortaya çıxan problemlərin, xüsusən də meşə yanğınları nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı problemlərin həllinə kömək edirlər.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi
- Ülviyyə Qarayeva: "Guya geri qaytarılan vəsaitdən agentlik işçilərinə mükafat yazılır"
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- COP29 sədrliyinin "İqlim və Sülh" gündəliyinin icrasına start verilib
- Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb