Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan bəyan edib.
Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbulunun rəsmi İrəvanı narahat edib-etməməsi barədə suala isə K.Çşmarityan belə cavab verib:
“Biz hansısa beynəlxalq təşkilata Dağlıq Qarabağla birgə daxilik? ÜTT, MDB və yaxud digər quruma?”.
Onun sözlərinə görə, bu, heç nəyi dəyişmir və “DQR”-da (Dağlıq Qarabağ Respublikası) istehsal olunan məhsullar MDB, Avropa və dünyanın digər ölkələrində sərbəst satılacaq.