Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dağıstanda Basayev dəstəsinin üzvlərindən biri saxlanıldı
Rusiyanın hüquq-mühafizə orqanları 1999-cu ildə Dağıstan Respublikasının yaşayış məntəqələrinə hücumlarda iştirak edən Şamil Basayev dəstəsinin üzvlərindən birini saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Rosqvardiyanın saytında məlumat yayılıb.
Araşdırma müəyyən edib ki, saxlanılan şəxs 1999-cu il avqustunda respublikanın Botlix rayonu ərazisində Rusiyanın ərazi bütövlüyünü pozmaq məqsədilə silahlı aksiyada iştirak edib. Ona qarşı cinayət işi açılıb.
Xatırladaq ki, 7 avqust 1999-cu ildə Şamil Basayev və Xəttabın komandanlığı altında silahlı dəstələr Dağıstanın bir sıra rayonlarına daxil olublar. 7-24 avqust tarixlərindəki hücum nəticəsində 33 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Çin və Rusiya ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrini pislədilər
- Putin İranın nüvə proqramı barəsində: "Moskva dəstək göstərməyə hazırdır"
- Smolenskdə həlak olan azərbaycanlı əsgərin şəxsiyyətini qaşıq əsasında müəyyən etdilər
- Korotçenko sirləri açdı: Rusiyanın HHM sistemlərindən imtina edən İranı nə gözləyir?
- Boris Titov: "Sentyabrın əvvəlində rusiyalı investorlar Azərbaycana gələcəklər"