Dağıstan polisi və Federal Təhlükəsizlik Xidməti saxta siqaretlərin Rusiyaya daşınma yolunu aşkarlayıb, bunun qarşısını alıblar. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk “RİA Novosti”-yə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları saxta siqaret qutuları ilə dolu iki yük maşını saxlayıblar. Maşınlarda 1 milyondan artıq saxta siqaret qutusu aşkar olunub. Tanınmış brendlərlə markalanmış qutularda olan tütün məmulatları müsadirə olunub və ekspertizaya göndərilib.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin