Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dağıstanda Qurandan sitatlar olan qəzeti yandıran bloqerə görə QALMAQAL
Rusiyanın Dağıstan Respublikasında bloqerin yerli "Əs-Salam" qəzetini yandırması qalmaqala səbəb olub.
Oxu.Az bu barədə Rusiyanın "Telegram" kanallarına istinadən xəbər verib.
Belə ki, Mahaçqala şəhərində dərc edilən "Əs-Salam" qəzetində Quran ayələrinin olmasına baxmayaraq, gənclər qəzeti yandıraraq trend video çəkmək, həmçinin xəz mağazasının məhsullarını reklam etmək istəyiblər. Bu isə yerli ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb.
Öz növbəsində, gənclər hamıdan üzr istəyərək, məqsədlərinin əyləncəli video çəkmək olduğunu vurğulayıblar. Onlar qəzetdə dərc edilən materiallardan xəbərsiz olduqlarını bildiriblər.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir?
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər
- Rusiya-Ukrayna müharibəsinin başlamasından üç il keçdi
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ