Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Daha bir güneyli milli fəal iş yerində döyülərək həbs edilib - FOTO
İranda daha bir güneyli milli fəal həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Azərbaycan Milli Hərəkatının fəallarından Mehrdad Qadiri ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin mülki geyimli dörd əməkdaşı tərəfindən iş yerində vəhşicəsinə döyüldükdən sonra naməlum yerə aparılıb.
Bundan bir neçə saat sonra İran təhlükəsizlik orqanının üç əməkdaşı azərbaycanlı fəalın evinə basqın edərək axtarış aparıb, onun şəxsi əşyalarını, o cümlədən notbuk, kitablar və mobil telefonunu müsadirə ediblər.
Mehrdad Qadirinin həbsinin səbəbi və harada olması barədə hələ ki, məlumat yoxdur. Bu da azərbaycanlı fəalın valideynlərinin və yaxınlarının narahatlığına səbəb olub.
Qeyd edək ki, son günlər güneyli fəalların döyülərək iş yerindən naməlum yerə aparılması ilə bağlı hallar çoxalıb (Əli Qoşaçaylı (Babayi), Peyman İbrahimi Dinvər və s.)
"İran" teqi üzrə xəbərlər
- İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb
- ABŞ-nin maliyyə naziri: "İran iqtisadiyyatını çökdürəcəyik"
- İran və Türkiyə XİN başçıları arasında görüş baş tutub
- İran səfiri İsveç XİN-ə çağırıldı
- Trampdan xəbərdarlıq: "Ya İran ABŞ ilə saziş bağlayacaq, ya da tezliklə nə isə baş verəcək"