NATO Monteneqronu alyansa dəvət edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib.
“NATO Monteneqronun təşkilata daxil olması ilə bağlı danışıqların başlanmasına dair tarixi qərar qəbul edib”, hərbi-siyasi blokun rəhbəri bəyan edib.
Reuters məlumat yayıb ki, Stoltenberq Podqoritsanı bu münasibətlə təbrik edib.
“Bu, çox gözəl alyansın başlanğıcıdır”, - agentlik NATO-nun baş katibinin sözlərindən sitat gətirib.