ABŞ-ın Florida ştatında təyyarə qəzası baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Federal Hava Mərkəzindən verilən açıqlamaya görə, “Beechcraft 1900” tipli təyyarə Miami-Dade yaxınlığında qəza törədib.
Caicos adalarına gedən təyyarədə 4 nəfər olub.
Qəza zamanı onların heç birini xilas etmək mümkün olmayıb.