Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Danimarkanın baş nazirinə hücum edildi
Danimarkanın paytaxtı Kopenhaqendə naməlum şəxs ölkənin Baş naziri Mette Frederiksenə hücum edib.
Bu barədə "Ritzau" agentliyi polisə və baş nazirin dəftərxanasına istinadən məlumat verib.
Bildirilib ki, hökumət başçısı Kyultorve meydanında olduğu zaman kişi ona yaxınlaşıb və zərbə endirib.
Hökumət dəftərxanasından verilən məlumata görə, baş nazir baş verənlərdən şoka düşüb. Onun zədə alıb-almadığı ilə bağlı isə məlumat verilmir. Frederiksenin özü məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Hücum edən şəxs polis tərəfindən saxlanılıb.
"Ritzau" agentliyi qeyd edib ki, son günlər Mette Frederiksen öz partiya yoldaşı, Avropa Parlamentinə namizəd Kristel Şaldemusun seçkiqabağı kampaniyasında iştirak edib.