“Oskar” mükafatına namizəd Leonardo Di Kaprio Rusiya prezidenti Vladimir Putinin rolunu oynamaq istədiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, hollivud ulduzu bu barədə Almaniyanın Welt am Sonntag nəşrinə müsahibəsində deyib.
“Putin çox, çox, çox maraqlı olardı”, - aktyor deyib.
Di Kaprio həmçinin, Vladimir Lenin və Qriqoriy Rasputinin rollarına da maraq göstərib. Onun fikrincə, Rusiya tarixi ilə bağlı daha çox film çəkilməlidir.