Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dima Bilan qasırğaya düşdü: Elbrus dağında ilişib qaldı
Məşhur rusiyalı müğənni Dima Bilan qasırğaya düşüb və Elbrus dağına gedən yolda ilişib qalıb.
Oxu.Az-ın xəbərinə görə, müğənni bu barədə "Instagram" hesabında paylaşım edib.
Bilan 2400 metr yüksəklikdə qar qasırğasına tutulub. İfaçının maşını dağa gedən yolda qalıb.
"Güclü külək və üzümüzə vuran qar yağışı, yerimək demək olar ki, mümkün deyil, uçurur! Yolda bizi gözləyən digər maşınlara çatmaq üçün fırtına və qar yığınlarının arasından 5 dəqiqə ərzində qaçdıq!" - deyə Dima Bilan paylaşımda bildirib.
O, hazırda gedəcəyi yerə sağ-salamat çatdığını, özü və komandası ilə hər şeyin qaydasında olduğunu qeyd edib.
"Rusiya" teqi üzrə xəbərlər
- Tailandda qorxunc hadisə: Rusiyalı kişiyə ölüm cəzası verilə bilər - SƏBƏB
- Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədində xidmətlərini dayandıracaqlar?
- Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi
- Peskov: "Putin Trampla danışmağa hazırdır, siqnal gözləyirik"
- İlin əvvəlindən Ukraynanın Rusiyaya ən böyük dron hücumu: Neft emalı zavodu ərazisində yanğın
Rəylər