Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![“Dior” brendinin yeni rəhbəri məlum oldu - FOTO](https://images.oxu.az/2023/01/11/21/51/20/8562e2a3-c173-41da-9549-d2619040bc03/99b50471-b869-454f-a0db-863766b1ea71:1200.jpg)
“Dior” brendinin yeni rəhbəri məlum oldu - FOTO
Dünyanın ən zəngin şəxslərindən olan Bernar Arno qızı Delfini lüks mallar imperiyası LVMH-nin ikinci ən böyük brendi olan “Christian Dior”un rəhbəri təyin edib.
Yanvarın 11-də milyarder qızının 382 milyard avro dəyərindəki konqlomeratın bir hissəsi olan “Dior”un baş direktoru və Direktorlar Şurasının sədri olacağını açıqlayıb.
Xanımın fevralın 1-də yeni vəzifəsinin icrasına başlayacağı bildirilib.
Qeyd edək ki, fransız iş adamının 47 yaşlı qızı “McKinsey” konsaltinq firmasında iki il işlədikdən və London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra 2000-ci ildə ailə biznesinə qoşulub. O, 2003-cü ildə LVMH-nin idarə heyətinə qatılan ilk qadın və ən gənc üzv olub.
Keçən ay Bernar Arno oğlu Antuanı LVMH qrupunda kapitalın 41%-nə və səsvermə hüquqlarının 56%-nə nəzarət edən holdinq şirkəti “Christian Dior”un baş direktoru və sədri təyin edib.
Mənbə: gazeta.ru
Rəylər