Prezident Tramp ABŞ məhbusunun azad edilməsi müqabilində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Moskvaya bir növ güzəşt olub-olmadığını soruşan "ABC News"un müxbirini kəskin şəkildə tənqid edib.
Bu barədə Oxu.Az "Fox News"a istinadən məlumat verir.
"Siz axmaqsınız. Yeri gəlmişkən, sizin telekanal da hamısından pisdir".
Qeyd edək ki, bu gərgin söz davası, Trampın Habbardın sərbəst buraxılması əvəzində Birləşmiş Ştatların qarşı tərəfə "heç nə vermədiyini" israrla bildirməsindən dərhal sonra baş verib.