Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Donald Tramp "X" sosial şəbəkəsinə qayıtdı
Donald Tramp uzun müddət sonra "X" sosial şəbəkəsinə qayıdıb və orada seçki videosunu yayımlayıb.
Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, bir vaxtlar onun tərəfdarları ilə əsas ünsiyyət vasitəsi "X"dakı (keçmiş "Twitter") paylaşımları olub.
Qeyd edək ki, "Twitter" 2021-ci ilin yanvarında tərəfdarlarının Kapitol binasında təşkil etdiyi iğtişaşlardan sonra zorakılığın daha da qızışdırılması riskinə görə Trampın hesabını həmişəlik bağlayıb. Həmin vaxt Trampın səhifəsinə 89 milyona yaxın istifadəçi abunə olub.
2022-ci ilin noyabrında sosial şəbəkənin yeni sahibi İlon Mask Trampın səhifəsini blokdan çıxarıb, lakin o vaxtdan bəri eks-prezident orada yalnız bir yazı - 2023-cü ilin avqustunda qısamüddətli həbs zamanı həbsxanada çəkdirdiyi fotosunu dərc edib.
— Donald J. Trump (@realDonaldTrump) August 12, 2024
"Donald Tramp" teqi üzrə xəbərlər
- G7 liderləri Trampın Ukraynada sülh təşəbbüsünü dəstəklədilər
- KİV: "ABŞ yaxın 24-48 saat ərzində İrana qarşı hərbi əməliyyata qoşula bilər"
- ABŞ və Böyük Britaniya danışıqlarında kuryoz hadisə Trampı üzr istəməyə məcbur etdi
- ABŞ ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
- "Bloomberg": "Trampın G7 görüşündən tez getməsi NATO sammiti üçün pis əlamətdir"