Ukraynanın Donetsk şəhərində 63 saylı məktəbə mərmi düşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, nəticədə iki nəfər, 8-ci sinif şagirdi və 18 yaşlı məktəbin məzunu ölüb.
Məlumata görə, 4 nəfər yaralanıb, onlardan üçünün 17, birinin isə 21 yaşı var. Xəsarət alanlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Şahidlərin sözlərinə görə, insident zamanı uşaqlar məktəbin stadionunda futbol oynayırmışlar.