Ukraynanın xarici işlər naziri Pavel Klimkin Donetskdə dayanacaqda insanların ölümünü terror aktı adlandırıb.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, nazir Donetskdəki faciəni ümumi kədər adlandırıb.
“Bu cür terror aktları nəticəsində mülki Ukrayna vətəndaşları ölür. Rusiya terroristləri dayandırmalıdır”, - o deyib.
Öncə verilən xəbərlərə əsasən, ilkin məlumatlara əsasən Donetskdə ictimai nəqliyyat dayanacağına düşən mərmi nəticəsində 15 nəfər ölüb.
11:48
Donetskdə ictimai nəqliyyatın dayanacağına mərmi düşüb və nəticədə 20-dən çox insan xəsarət alıb.
Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Öncə verilən məlumata əsasən, Donetskdə tramvay dayanacağına mərmi düşüb və nəticədə 13 nəfər ölüb.
www.oxu.az