Donetskdə Zasyadko adına şaxtada baş verən partlayış nəticəsində ölənlərin sayı 30-u keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
İlkin məlumatlara əsasən, 30-dan çox insan həlak olub. Xilasedicilər partlayış yerinə zəhərli qaza görə yaxınlaşa bilmirlər.
Qəza zamanı şaxtada 207 mədənçi olub. Öncə yayılmış məlumata əsasən, 73 mədənçi şaxtada qapalı vəziyyətdə qalıb.
www.oxu.az