Ukraynanın Donetsk vilayətinin mərkəzində "Toyota Land Cruiser Prado" markalı yolsuzluq avtomobili partlayıb.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində iki nəfər ağır yaralanıb. Zərərçəkənlərin bir ailənin üzvləri olduqları bildirilib. Kişinin ayağı qopub.
Faktla bağlı cinayət işi açılıb. Hadisə yerində təhqiqat aparılır.