Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dövlət Departamenti seçkiyə təsir etməyə cəhd edən iranlılarla bağlı məlumat üçün mükafat vəd etdi
ABŞ Dövlət Departamenti ABŞ-də seçkiyə təsir göstərməyə çalışan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan üç iranlı haqqında məlumat üçün 10 milyon dollar (17 milyon manat) mükafat elan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.
"Dövlət Departamenti digər dövlət qurumları ilə birlikdə İranın 2024-cü il ABŞ seçkisinə təsir etmək məqsədi daşıyan əməliyyatlarına, eləcə də 2020-ci ildən əvvəlki əməliyyatlara koordinasiyalı cavab verir", - diplomat bildirib.
Miller vurğulayıb ki, ABŞ Maliyyə Nazirliyi seçkiyə iddia edilən müdaxilə ilə əlaqədar 7 İran vətəndaşına qarşı sanksiya tətbiq edib.
"İran rejimi ABŞ-də qarşıdan gələn seçkinin nəticələrinə getdikcə daha çox təsir göstərməyə çalışır, çünki onların ABŞ-nin İrana qarşı xarici siyasətinə təsir edəcəyinə inanır", - diplomat iddia edib.
Öz növbəsində, ABŞ Ədliyyə Nazirliyi üç iranlını Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahına haker hücumunda ittiham edib.
"ABŞ-İran münasibətləri" teqi üzrə xəbərlər
- Trampın administrasiyası: "İranla bağlı qərar qəbul etmək lazımdır"
- KİV: "Trampın komandası İrana qarşı yeni sanksiyalar və hücum variantları üzərində düşünür"
- Ağ Evdəki gizli görüşün TƏFƏRRÜATI: Bayden İranın nüvə obyektlərinə zərbə endirəcək?
- İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
Rəylər