Voronej vilayətinin qubernatoru Aleksandr Qusev neft bazasındakı yanğınla bağlı açıqlama verib.
Onun sözlərinə görə, bazadakı aviayanacaqla dolu iki çənin hermetikliyi pozulub. Yanğının söndürülməsi davam etdirilir. Qubernator qeyd edib ki, vilayətdə yanacaq ehtiyatı kifayət qədərdir və yanacaqdoldurma məntəqələrində ajiotaj yaratmağa heç bir gərək yoxdur.
13:55
Rusiyanın Voronej vilayətində neft zavodunda güclü yanğın başlayıb.
Bu barədə Rusiya mətbuatı xəbər verib.
Zavoddakı yanğını bir neçə kilometr uzaqdan müşahidə etmək mümkündür.
Hadisənin səbəbi hələ açıqlanmayıb.
Məlumat üçün əlavə edək ki, hazırda Voronejdə Rusiyanın ordu birləşmələri ilə “Vaqner” muzdlu hərbi təşkilatının üzvləri arasında döyüşlər gedir.
Mənbə: Baza, Vesti