Türkiyənin Antalya şəhərində drift-şou göstərmək bacarıqlarını nümayiş etdirmək istəyən sürücü avtomobilin qapısının açılması nəticəsində yola yıxılıb.
Hadisə vaxtı avtomobildə olan sərnişin dərhal hərəkətə keçərək avtomobili saxlaya bilib.
Hadisə ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Son məlumata əsasən, artıq sürücü saxlanılıb, ona 11 min lirə(1 378 manat) cərimə yazılıb.
Mənbə: “İhlas Haber Ajansı” (İHA)