BƏƏ-nin iri şəhərlərindən olan Dubayda “Məşəl” (The Torch) yaşayış göydələnində baş verən yanğın 3 saatdan sonra söndürülüb.
Bu barədə fevral ayının 21-də CNN telekanalı xəbər verib.
Dubayın Mülki Müdafiə üzrə İdarəsində bəyan ediblər ki, yanğın nəticəsində zərərçəkən və həlak olan yoxdur.
Göydələnin sakinləri, eləcə də qonşu qüllələrin sakinləri təxliyyə edilib. Binaya gedən bütün yollar polis tərəfindən bağlanılıb.
Yanğının səbəbləri barədə hələ ki, heç bir məlumat yoxdur.
09:49
Dubayda şənbə gününə keçən gecə dünyanın ən hündür yaşayış göydələnlərindən biri olan “Məşəl”in (The Torch) 79-cu mərtəbəsində güclü yanğın baş verib, BBC xəbər verir.
İlkin olaraq alov 50-ci mərtəbədə görünüb, sonra isə külək atəşi binanın divarları üzrə yayıb.
Zərərçəkənlər haqqında informasiya daxil olmayıb. Göydələndən minlərlə sakinin təxliyyə edildiyi məlumdur. Alova bürünmüş binanı şahidlər “Batan Titanik” adlandırıblar.
“Məşəl” göydələni 2011-ci ildə tikilib, onun hündürlüyü 336,1 metrdir.