Dubayın mərkəzində regionun ən böyük və çoxfunksiyalı üstüörtülü arenası inşa ediləcək.
Oxu.Az-ın AZƏRTAC-a məlumatına görə, 46 min kvadratmetr sahəsi olan 20 min nəfərlik arenanın tikintisinin 2018-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Havalandırma sistemi ilə təchiz edilmiş stadion böyük konsertlərin, idman və əyləncə tədbirlərinin keçirilməsi üçün istifadə olunacaq.
A.S.
www.oxu.az