Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İstanbul boğazında gəmilərin hərəkəti bərpa edilib
İstanbul boğazında gəmilərin hərəkəti bərpa edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, dumanın qismən çəkilməsi ilə əlaqədar gəmilər yenidən hərəkətə başlayıb.
Bu gün səhər İstanbulu bürüyən qatı duman Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkətinin dayandırılmasına səbəb olub.
Oxu.Az-ın Türkiyə Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, həm şimal, həm də cənub istiqamətində gəmilərin keçidi müvəqqəti olaraq həyata keçirilmir.
Bundan əlavə, boğazın şərq və Asiya sahilləri arasında hərəkət edən bərə reysləri ləğv edilib.
Duman, həmçinin İstanbulda avtomobillərin hərəkətində də çətinliklər yaradıb. Bəzi yerlərdə, o cümlədən Bosfor körpülərində görünüş xeyli pisləşib ki, bu da tıxacların yaranmasına və qəza riskinin artmasına səbəb olub. Yerli hakimiyyət orqanları sürücüləri son dərəcə diqqətli olmağa və mümkün qədər hava şəraiti yaxşılaşana qədər səyahətdən çəkinməyə çağırıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
- Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: "Basdırmasınlar məni torpağa"
- Minaaxtaran dronlar, savaş gəmiləri, Qarabağla bağlı təklif... - Türkiyəli polkovniklə MÜSAHİBƏ
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub
- Paltaryuyan maşının altından meşəyə uzanan tunel - Rizedə cinayətkarın evindən inanılmaz görüntülər