Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünya əhalisinin sayı 8 milyard oldu
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına görə, 15 noyabr tarixinə dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.
UNFPA-nın dərc etdiyi hesabata görə, dünya əhalisinin 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,4 milyarda çatacağı təxmin edilir.
Dünyada əhalinin artım tempi yavaşlasa da, əhali sayının 2100-cü ilə qədər artmağa davam edəcəyi gözlənilir.
1970-ci illərdən bəri azalan dünya əhalisinin artım tempi ilk dəfə 2020-ci ildə 1 faizdən (illik) aşağı düşüb.
Ən çox oxunanlar
Rəylər