Dünya mülki aviasiya liderləri yeni təhlükəsizlik standartlarının tətbiq edilməsinə çalışırlar.
2014-cü ili kommersiya aviaşirkətləri üçün 2005-ci ildən sonra ən çox ölüm hadisəsi olan ilə çevrilib. Onlar bu qalmaqallı aviaqəzalardan sonra ilk dəfə gələn həftə görüşəcəklər, Oxu.Az xəbər verir.
Uçuşların qlobal izlənməsi və münaqişə zonaları üzərində uçuşlar zamanı yaranan risklər sahəsində əməkdaşlıq üçün yeni standartların qəbuluna yönələn səylər 2-5 fevral tarixlərində Monrealda keçirilən təhlükəsizlik üzrə iclasda üstünlük təşkil edəcək.
“Münaqişə zonaları üzərindən uçuşlara məhdudiyyət kimi məsələlər, yalnız qlobal və ya regional səviyyədə həll edilə bilər”, - Aviasiya təhlükəsizliyinə dair avropa Agentliyinin icraçı direktoru Patrik Ki (Patrick Ky) Reuters-a bildirib.
“Dünya aviasiyasının tənzimləmə sistemi, qəzalardan sonra müstəntiqlərin təhlükəsizliyin yüksəldilməsinə dair tövsiyyələri ilə əlaqədar daha tez hərəkət etməlidir” , - o deyib.
Statistik məlumatlar təhlükəsizliyin artdığını göstərsə də, keçən il aviaqəzalarda 924 nəfər həlak olub, bu göstərici 2005-ci ildən bu yana ən pis göstəricidir.