Dünya şöhrətli fransız aktyor Alen Delon ötən bazar günü xəstəxanaya yerləşdirilib. Bazar ertəsi isə əməliyyat olunub.
Oxu.Az-ın Milli.az-a istinadən verdiyi məlumata görə, belindəki ağrıları ucbatından 78 yaşlı aktyoru təcili yardımla xəstəxanaya aparıblar. Həkimlər onun həyatının təhlükədə olduğu qərarına gəliblər və onu təcili əməliyyat eləyiblər. Aktyorun nədən əməliyyat olunması barədə mediaya açıqlama verilməyib.
Qeyd edək ki, aktyor bundan əvvəl 2013-cü ildə ürək xəstəliyi ucbatından xəstəxanaya yerləşdirilmişdi.