2035-ci ilədək hər il 24 milyon insan xərçəng xəstəliyinə tutulacaq.
Oxu.Az xəbər verir ki, dünya xərçəng xəstəliyinin artması təhlükəsi qarşısındadır.
Belə bir proqnozu Ümumdünya Səhiyyə təşkilatı verib.
Onların ehtimalına görə, 2035-ci ilədək hər il 24 milyon insan xərçəng xəstəliyinə tutulacaq.
Lakin spirtli içki və şəkərdən imtina etməklə bu rəqəmi iki dəfə azaltmaq olar.
Ümumdünya Səhiyyə təşkilatı bildirir ki, dünya əhalisini düzgün qidanın vacibliyi haqda maarifləndirmək lazımdır. Hər il 14 milyon adama xərçəng diaqnozu qoyulur.
Təxmin edilir ki, 2025-ci ildə bu rəqəm ildə 19 milyon, 2035-ci ildə isə 24 milyona çatacaq.
Ümumdünya Səhiyyə təşkilatının xərçəngi yaradan vərdişlər siyahısına siqaret, spirtli içki, hərəkətsiz həyat tərzi, gec yaşlarında ana olmaq və dünyaya az övlad gətirmək daxildir.
Günay Məmmədova
www.oxu.az