Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dünyada ilk dəfə olaraq cərrahlar xəstəyə donuz böyrəyini köçürüblər
ABŞ-nin Massaçusets ştatındakı tibbi mərkəzin cərrahları dünyada ilk dəfə olaraq geni dəyişdirilmiş donuzun böyrəyini canlı insana uğurla köçürüblər.
Qeyd olunub ki, böyrək xəstəliyinin terminal mərhələsində olan Massaçusets ştatının Veymut şəhərindən olan 62 yaşlı Riçard Slayman dörd saat ərzində əməliyyat olunub.
Xəstəxanadan bildiriblər ki, xəstə sağalır və tezliklə evə buraxılacaq.
Transplantasiyadakı bu irəliləyiş sayəsində orqan dəyişdirilməsinə ehtiyacı olan xəstələrin gələcəkdə onları xüsusi yetişdirilmiş geni dəyişdirilmiş donuzlardan qəbul edə biləcəkləri gözlənilir.
Mənbə: nbcnews.com
Ən çox oxunanlar
Rəylər