Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünyadakı ən yaşlı kişi öldü
Dünyanın ən yaşlı insanı, ispan Saturnino de la Fuente Qarsiya 112 yaşında Leonda vəfat edib.
O, Ginnesin Rekordlar Kitabına ötən il düşüb. Qarsiya evində dünyasını dəyişib.
Saturnino de la Fuente 1909-cu il fevralın 11-də Leonda anadan olub. Yaşadığı müddətdə kişi xatırladıb ki, boyu kiçik olduğuna görə (150 santimetr) İspaniya vətəndaş müharibəsi (1936-1939) zamanı orduya çağırılmayıb, sonra şəxsi ayaqqabı biznesini açıb və əsgərlər üçün ayaqqabı tikməyə başlayıb. Boş vaxtlarında futbol oynayıb və doğma şəhərinin komandası- “Cultural Leonesa”ya azarkeşlik edib.
Saturnino de la Fuentanın yeddi qızı, 14 nəvəsi və 22 nəticəsi var.
Mənbə: RİA Novosti
Rəylər