Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyanın ən ahıl adamı
Dünyanın ən yaşlı kişisi 111 yaşlı yapon Sakari Momoi elan edilib.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, Ginnesin rekordlar kitabının fəxri diplomu onun müalicədə olduğu Tokio xəstəxanalarının birində təqdim edilib.
Jurnalistlərlə söhbət zamanı Momoi qeyd edib ki, özünü normal hiss edir və yalnız pis eşitməyindən şikayət edib.
O, həmçinin əlavə edib ki, iki il də yaşamaq istərdi. Sakari Momoi planetdə ən yaşlı adam olub, belə ki, iyun ayının əvvəlində əvvəlki rekord sahibi – amerikalı Aleksandr İmiç dünyasını dəyişib. O, yapondan cəmi bir gün böyük idi.
Ən çox oxunanlar