Leypsiq şəhərinin aeroportunda dünyanın ən böyük təyyarəsi olan “An-225” yanıb.
Oxu.Az Almaniya KİV-nə istinadən xəbər verir ki, eniş zamanı təyyarənin mühərriklərindən biri yanıb.
Yanğının söndürülməsinə doqquz yağınsöndürmə heyəti cəlb olunub. Yanğının qarşısı 15 dəqiqə ərzində alınıb.
Hazırda “Mriya”nın uçuşa nə zaman davam edə biləcəyi araşdırılır. “Leipziger Volkszeitung”in məlumatına görə, təyyarə Çiliyə uçmağa hazırlaşırmış.
N.О.