Elon Mask dünya mediasında neqativ xəbərlərin bolluğundan gileylənib.
Dünyanın ən varlı adamı “Twitter”dəki paylaşımında belə xəbərlərin onu qəzəbləndirdiyini və kədərləndirdiyini bildirib.
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi qeyd edib ki, jurnalistlər pis xəbərlərin daha populyar olması səbəbindən onlara üstünlük verirlər. Lakin belə vəziyyət planetdə baş verənlər barədə dəqiq təsəvvür yaratmağa imkan vermir.
“Axı biz heç də hər şeyin pis olmadığı böyük bir planetdə yaşayırıq”, - deyə Mask vurğulayıb.
So hard to find out what’s going on in the world without being bombarded with news that makes one sad & angry!
— Elon Musk (@elonmusk) February 7, 2022