Erməni əsilli milyarder Kirk Kerkoryan ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə USA Today MGM Resorts International otel şəbəkələrinin rəsmi açıqlamasına istinadən məlumat verir.
Qeyd edilir ki, Kerkoryanın Las-Veqas şəhərinin yaranmasında böyük rolu olub və o Beverli-Hilzin ən varlı adamlarından biri idi: 2012-ci ildə onun sərvəti 3,3 milyon dollar təşkil edirdi.
Milyarderin 98 yaşı var idi.