Misir Prezidenti Əbdülfəttah əs-Sisinin parlament üzvləri qarşısında andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimi Misirin yeni inzibati paytaxtı olan Yeni Qahirədə baş tutub.
Bununla da Əbdülfəttah əs-Sisi üçüncü dəfə rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Misirdə prezident seçkisi 2023-cü il dekabrın 10-12-də keçirilib. Misir Mərkəzi Seçki Komissiyası əs-Sisinin prezident seçkisində təxminən 90 faiz səslə qalib gəldiyini açıqlamışdı.
Qeyd edək ki, Misir prezidentinin səlahiyyət müddəti altı ildir.
Mənbə: TASS
Rəylər