Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Yeni il gecəsi fişəng şousunun davam etmə müddətinə görə yeni dünya rekordu müəyyən edilib.
Oxu.Az wsm.ae-yə istinadən xəbər verir ki, Yeni ilin gəlişi münasibətilə şəhərdə keçirilən bayram tədbirində təxminən 6 500 dron səmaya qalxıb.
Əsas nailiyyət ondan ibarət olub ki, Əbu-Dabidə fişəng şousu fasiləsiz 62 dəqiqə davam edib və bu, yeni dünya rekordu sayılır. Əvvəlki rekord - 50 dəqiqə ilə yenə də Əbu-Dabiyə məxsus olub və 2019-cu ildə qeydə alınıb.
