Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Edamı Tehranla Berlin arasında siyasi qalmaqala səbəb olmuş şəxsin meyiti Almaniyaya təhvil verilib
Ötən ilin oktyabrın 29-da Tehranda edam edilən Almaniya vətəndaşı Cəmşid Şarməhdin meyiti Almaniyaya təhvil verilib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, Cəmşid Şarməhdin meyiti Almaniyanın Tehrandakı səfirliyinin əməkdaşlarına təhvil verilib.
İran mətbuatı ölkənin ədliyyə rəsmilərinə istinadən yazıb ki, Cəmşid Şarməhdin cənazəsinin təhvil verilməsi Tehran və Berlin arasında diplomatik protokollara uyğun və ailəsinin tələbi əsasında həyata keçirilib.
Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib. Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və 3 şəhərindəki İran konsulluqlarını bağlayıb.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada narkotik böhranı: Qeyri-qanuni maddələrə qarşı siyasət nəzarətdən çıxıb
- Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi
- Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür