Sürücülər salonun havasını dəyişmək üçün pəncərəni açarkən ehtiyatlı olmalıdırlar. Xüsusilə də əgər bunu hərəkət zamanı edirlərsə.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, Çin əyaləti Szyansuda yerləşən Usi şəhərinin sakini 30 yaşlı Linq Le döngəyə uğursuz girişi nəticəsində əlini kəsib.
Şahidlərin sözlərinə görə, qadın əlini pəncərədən çıxarmış vəziyyətdə maşını idarə edib, əksər maşınların pəncərəsi açıq olub. Linq Lenin maşını döngəyə girərkən aşıb və əlini içəri salmağı çatdırmayıb. Xoşbəxtlikdən yaxınlıqda xilasedicilər olub və onlar qadına yardım edə biliblər. Maşını çevirəndə Le dərin şokda olub və dəhşətlə əlinə baxıb. Çinli xanım operativ şəkildə xəstəxanaya çatdırılıb.
Tibb işçilərinin sözlərinə görə, Linq Lenin həyatı təhlükədə deyil, amma həkimlər əlini qurtara bilməyiblər. Hal-hazırda aidiyyəti qurum qadının düşdüyü qəzanın təfərrüatını aydınlaşdırır. Usi şəhərinin polis idarəsinin mətbuat katibi jurnalistlərə hərəkət zamanı əli pəncərədən çıxarmağın təhlükəli olduğunu xatırladıb.
“Mümkün olduğu qədər əlinizi sükandan ayırmayın”, - o əlavə edib.