Los-Ancelesdə ABŞ-ın əsas televiziya mükafatı – “Emmi”nin təqdimat mərasimi keçirilib.
Oxu.Az qaliblərin siyahısını təqdim edir:
İlin ən yaxşı televiziya layihəsi - “Taxt-tac oyunu” bir neçə nominasiyalarda mükafatlar qazanıb: “Dramatik serialda ən yaxşı ssenari”, “Dramatik serialda ən yaxşı rejissor işi”, “İkinci planda ən yaxşı aktyor” (Tirion Lannister roluna görə Piter Dinleyc).
Ən yaxşı komediya televiziya tamaşası – “Vitse-prezident” siyasi serialı
Ən yaxşı drammatik aktyor – “Dəlilər” serialındakı roluna görə Con Hemm.
Ən yaxşı drammatik aktrisa – “Qətlə görə cəzadan necə qaçmaq olar”da roluna görə Viola Devis.
Ən yaxşı komediya aktyoru – “Aşkar olan” serialında roluna görə Ceffri Tembor
Ən yaxşı komediya aktrisası – “Vitse-prezident” serialındakı roluna görə Culiya Lui-Dreyfus.
67-сi Emmi Mükafatlandırma Mərasimində verilən mükafatlar qədər geyimlər də maraqla qarşılanıb.
Aytən Sadıqzadə
www.oxu.az