Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İranın xarici işlər naziri Abbas Əraqçının Vladimir Putinə bu ölkənin Ali Rəhbərinin məktubunu gətirməsi ilə bağlı xəbəri təkzib edib.
Oxu.Az xəbər verir ki, D.Peskov bu barədə "Rossiya 1" telekanalına müsahibəsində deyib.
"Siz axı gördünüz, o məktubsuz gəlmişdi", - deyə D.Peskov məsələyə aydınlıq gətirərkən deyib.
Xatırladaq ki, bu gün "Reuters" agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının Rusiya Prezidenti Vladimir Putinə İranın Ali Rəhbəri Əli Xameneinin məktubunu təqdim edəcəyini yazıb.
İranın xarici işlər naziri Abbas Əraqçı Rusiya Prezidenti Vladimir Putinə İranın ali lideri Əli Xameneinin məktubunu təqdim edəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən xəbər yayıb.
Bildirilir ki, məktubda İran tərəfi Rusiyadan daha fəal dəstək istəyib - Tehran hazırda Rusiyanın göstərdiyi dəstəyi yetərli hesab etmir və Moskvadan daha ciddi addımlar gözləyir.
Bununla belə, İran tərəfinin Rusiyadan konkret olaraq hansı növ dəstək gözlədiyi açıqlanmayıb.