Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ərdoğan bələdiyyə seçkisində səs verib - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkisində səs veriblər.
Dövlət başçısı Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə edib.
Ərdoğan səs verdikdən sonra jurnalistlərə verdiyi açıqlamada yerli seçkinin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçki keçirilir.
Mənbə: TRT
Ən çox oxunanlar