Türkiyə birbaşa prezident idarəçiliyinə keçməlidir.
Oxu.Az Haqqın.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan türk telekanalı ATV-yə verdiyi müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, prezident idarəçiliyi Türkiyənin gələcək inkişafının xeyrinədir.
“İlk imkanda Türkiyə parlament idarəçiliyindən birbaşa prezident idarəçiliyinə keçəcək”, - o deyib.
Baş nazir qeyd edib ki, birbaşa prezident hakimiyyətinə keçid barədə məsələ prezident seçkilərindən sonra qaldırılacaq.
Türkiyədə prezident seçkiləri avqust ayının 10-na təyin edilib. Əgər namziədlərdən heç biri birinci turda 51% səs toplamasa, avqust ayının 24-də ikinci tur keçiriləcək.