Türkiyədə ilk dəfə olaraq birbaşa prezident seçkiləri keçirilib, 1923-cü ildən bu yana isə prezidenti parlament seçirdi.
Oxu.Az xəbər verir ki, Türkiyə mərkəzi seçki komissiyasının məlumatına görə, ölkənin cari baş naziri Rəcəp Tayyib Ərdoğan prezident seçkilərinin birinci turunda 52% səs toplayaraq qalib gəlib.
Ərdoğan mütləq səs çoxluğu topladı, bu isə ikinci turun keçirilməsini istisna edir.
Türkiyə KİV-in məlumatına görə, 95% bülletenlərin hesablanması zamanı seçicilərin 52%-nin Ərdoğana səs verdiyi açıqlanıb. Müxalifətin namizədi Ekmeleddin İhsanoğlu 38,5% səs toplayıb. Üçüncü prezidentliyə namizəd olan Səlahəddin Dəmirtaş isə 9,8% səs toplayıb.
Səsverməyə davamiyyət 73,1% olub, bu isə gözləniləndən azdır.
Bununla yanaşı, Ərdoğan Ankarada tərəfdarlarından təbrik qəbul edərkən, İstanbulda Taksim meydanı polislə əhatə edilib, bura mümkün aksiyaları dağıtmaq üçün su şlanqları da gətirilib.
İstanbulda vəziyyət gərgindir, seçkilərin nəticəsindən narazı qalan Ekmeleddin İhsanoğlunun tərəfdarları ola bilsin ki, yaxın saatlarda etiraz aksiyası keçirsinlər.
Aliyə İsmayılzadə
İstanbul, Türkiyə
www.oxu.az