Türkiyə Baş naziri Ərdoğan Soma faciəsindən sonra Manisa vilayətinə gedib. Ərdoğanı qarşılayan etirazçı kütlə baş naziri fitə basıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, etirazçlara polislər sərt reaksiya verib. Bunun ardından təxminən 200 metr uzaqlıqdakı qrup etirazlara qatılıb. Ərdoğan maşınına minərkən etirazçılar olan yerdə dayanıb və avtomobildən düşüb.
Ancaq onu “Baş nazir istefa verməlidir” şüarı ilə qarşılayıblar.
Türkiyə Çevik polisi etirazçıları həbs etməyə başlayıb. Etirazçılar isə Daxili İşlər naziri Efkan Alaya da sərt təpgi veriblər. Bunu görən Baş nazir Ərdoğan yaxınlıqdakı marketə sığınmaq məcburiyyətində qalıb.
Nümayişçilərlə polis arasında qarşıdurma olub.
Qeyd edək ki, bir az əvvəl Ərdogan bildirib ki, şaxtada yerin altında hələ də 120 şaxtaçı var.