Bu gün Türkiyədə prokuror Muammer Akkaşın “vəzifədən sui-istifadə və rüşvət” ittihamı ilə başladığı istintaq daxilində baş nazir Receb Tayyip Erdoğanın oğlu Bilal Erdoğanın həbsi barədə qərar verilib.
Oxu.Az ANS PRESS-ə istinadən bildirir ki, prokuror Akkaşın yazdığı “çağırış kağızı”nda Bilal Erdoğanın şübhəli şəxs qismində ifadə verməsi üçün dindirilməyə çağırıldığı yazılıb.
Muammer Akkaş tərəfindən göndərilən 25.12.2013-ci il tarixli sənəddə belə yazılıb:
“Respublika prokurorluğunda icra edilməkdə olan istintaq daxilində; gəlir məqsədli cinayət təşkilatı qurmaq və qurulan təşkilata üzv olmaq günahlarından respublika prokurorluğu tərəfindən şübhəli şəxs qismində ifadəniz alınacağından, çağırış kağızı ilə bağlı xəbərdarlığı aldığınızda aşağıda göstərilən tarixdə Respublika prokurorluğuna müraciət etməyiniz barədə xəbərdar edilirsiniz”.
Yazıdakı qeyddə Necmeddin Bilal Erdoğanın 2 yanvar 2014-cü il tarixdə iş saatlarında İstanbul prokurorluğuna gəlməyi buyurulub.
