Səudiyyə Ərəbistanının kralı Salman ben Abdul Əziz əl-Saud ABŞ-a prezident Barak Obama ilə danışıqlara gəlib və Four Seasons şəbəkəsinin Vaşinqton otelində yerləşib.
Kralı min nəfərdən ibarət qrup müşayiət edir, bu barədə Politico bildirib.
Qonaqlar üçün xüsusi olaraq “hər şeyi qızıldan” gətiriblər: qızıl mebel, güzgü, lampalar və hətta şlyapalar üçün asılqan.
Oteldəki mənbə bildirib ki, yeraltı qarajlara kralın ayağı döşəməyə dəyməsin deyə qırmızı xalça döşəyiblər.
New York Post-un məlumatına əsasən, otelin standart otağında bir gecə qonaq qalmağın qiyməti 500 dollardan başlayır, lüks sinfinə aid ən ucuz otaq isə 1000 dollaradır. 222 qonaq üçün nəzərdə tutulan otel kral üçün tam olaraq bir neçə günlük tutulub.
Bundan başqa, Wall Street Journal-ın müxbiri kralın “Mercedes-Benz” və yolsuzluq maşını “Cadillac Escalade” avtomobillərindən ibarət sonsuz karvanının şəklini Twitterdə paylaşıb.
