Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının erməni deputatı Selin Doqan Diyarbəkiri Tiqranakert kimi təqdim edib.
Oxu.Az bu barədə “Novosti Armenii”ya istinadən xəbər verir.
Diyarbəkir şəhərinə səfər edən Selin Doqan Facebook-da öz təəssüratlarını bölüşüb və bu şəhəri Tiqranakert kimi təqdim edib. Bu yazı türk milliyyətçilərini çox narahat edib.